AZ

DİN: Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur

Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çempionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır.

DİN-in mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

“Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Seçilən
21
4
ekologiya.az

9Mənbələr