AZ

Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elşən Nazim oğlu Həsənli bu gün kollektivə təqdim olunub.

Day.Az xəbər verir ki, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. E.Həsənli ona göstərilən etimada görə minnətdarlıq edib.

Seçilən
31
49
day.az

10Mənbələr