AZ

Nazir: Qəzalı məktəb problemi 6-7 ilə həllini tapacaq

Nazir: Qəzalı məktəb problemi 6-7 ilə  həllini tapacaq

Hazırda Azərbaycanda 400-dək qəzalı olan və təmirə ehtiyacı olan məktəb binası var və  bu problemin həlli üçün 6-7 il vaxt lazımdır.

Ölkə.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmirullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qəzalı və təmirə ehtiyacı olan məktəblərin hamısının bir ildə  təmir edilməsi və ya tikilməsi qeyri-mümkündür. “Son 6 ildə bu istiqamətdə gedən prosesə nəzər  salsaq deyə bilərik ki, bu problemin 6-7 ilə həlli proqnozlaşdırılır”, - nazir vurğulayıb.

Nazir əlavə edib ki, qəzalı və təmirə ehtiyacı olan məktəblər məsələsində əsas meyar kimi ilk növbədə çox şagirdi olan məktəblər götürülür. “Bundan əlavə kiçik sinif otaqları olan məktəblərin tikilməsi modelinə keçilməlidir. Yəni 150-200 şagirdi olan məktəb üçün 24 şagirdlik sinif otağının  və ya idman zalının tikilməsinə ehtiyac yoxdur. Bu istiqamətdə ilin sonunadək yeni standartların hazırlanır”, - nazir qeyd edib. 

Mürtəza

Seçilən
23
olke.az

1Mənbələr