AZ

2026-cı ildə elm və təhsil xərcləri 14% artacaq - nazir müavini

2026-cı il üzrə təhsil və elm xərclərinə 5 milyard manat həcmində vəsait nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 14,3% çoxdur.

Ölkə.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, bu məbləğ cari illə müqayisədə 68,4 milyon manat və ya 2,3%,ötən ilin icrası ilə müqayisədə isə 658 milyon manat və ya 14,3% çoxdur.
O qeyd edib ki, son beş ildə təhsil və elm sahələrinə ayrılan vəsait ümumilikdə 1,4 milyard manat və ya 35,3% artıb.

Təhsil səviyyələri üzrə bölgüyə gəlincə Məmişov bildirib ki, 2026-cı ildə ümumi və məktəbəqədər təhsilə 2,9 milyard manat, dövlət sifarişi ilə ali təhsil- 808,5 milyon manat, peşə və orta ixtisas təhsili-109,7 milyon manat, təhsil üzrə məqsədli proqramlar, tədris və tətbiqi tədqiqatlara-1,1 milyard manat ayrılacaq.

“Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı çərçivəsində 18,5 min nəfər həssas qrupdan olan tələbənin təhsil xərcləri üçün 42 milyon manat ayrılıb.
Həmçinin aztəminatlı ailələrin ali təhsilə çıxışını genişləndirmək məqsədilə növbəti il dövlət büdcəsində 15 milyon manat əlavə vəsait nəzərdə tutulub”, - nazir müavini qeyd edib.

Mürtəza

Seçilən
16
2
olke.az

3Mənbələr