AZ

Nazir: Bu müəllimlər təkrar sertifikasiyaya cəlb olunacaqlar 

 2027-ci ildən artıq 2023-cü ildə sertifikatlaşdırmadan keçmiş müəllimlər təkrar, yəni ikinci dəfə sertfikatlaşmaya cəlb olunacaqlar.

Ölkə.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

“Gələn il müəllimlərin böyük əksəriyyəti ilə sertifikasiya prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olanların 2027-ci ildə təkrar sertifikatlaşması prosesi qalacaq”, - nazir qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. “Yəni, ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur.
 Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır. Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimliyin saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçməsidir. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrini isə təhsilə aid digər işlərlə məşğul olacaq. Bunu hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr saathesabı sistemlə davam edə bilərlər”, - nazir bildirib.

 Mürtəza

Seçilən
16
4
olke.az

8Mənbələr