AZ

"Neftçi"nin sınaqçı-rəqibinin adı bilindi - Yeni transferin də komandaya qoşulacağı gözlənilir

Misli Premyer Liqasının 11-ci turunda "Azərsun Arena"da "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Neftçi"nin millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 9-da baş tutan Azərbaycan derbisindən sonra istirahət edən "ağ-qaralar" bu gün məşqlərə başlayacaqlar.

Baş məşqçi Samir Abasov Bakı təmsilçisini günün ikinci yarısında "Palms Sport Futbol Mərkəzi"ndə bir araya gətirəcək. Yeri gəlmişkən, Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi İdrissa Dumbianın yaxın vaxtlarda "Neftçi"yə qoşulacağı gözlənilir. Əslində, 27 yaşlı legioner paytaxt klubu ilə əvvəldən razılığa gəlib. Onun keçidinin indiyədək tam şəkildə həllini tapmamasının səbəbi sənədləşmə məsələləri ilə bağlıdır. Görünən budur ki, tərəflər artıq Dumbia ilə bağlı bütün problemləri aradan qaldırıblar.

Onu da qeyd edək ki, "Neftçi"fasilənin sonlarına yaxın əvəzedici komandası ilə sınaq oyunu keçirməyi planlaşdırır.

Nihat

Seçilən
31
2
fanat.az

3Mənbələr