AZ

"27-ci dəqiqənin sirri" - İlkin hesabat hazırlanır

Xəbər verdiyimiz kimi, Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində həlak olan son şəhidin cəsədi tapılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədəki qəza araşdırması və axtarış-xilasetmə qrupları qəzanın səbəbini müəyyən etmək üçün səylərini davam etdirir. 

Qəzaya uğrayan C130 hərbi yük təyyarəsinin "qara qutu"su da tapılaraq Türkiyəyə göndərilib. 

Gəncədən Türkiyəyə uçan təyyarənin havaya qalxdıqdan 27 dəqiqə sonra radardan itdiyi müəyyən edilib. Mütəxəssislər 27-ci dəqiqədə baş verənləri müəyyən etmək üçün çalışırlar. "27-ci dəqiqənin sirri" hər şeyi ortaya çıxaracaq.

Bildirilib ki, mütəxəssislər ilkin hesabat hazırlamaq üçün dağıntılar üzərində işləyirlər və ərazidən toplanan əşyalar müayinə edilmək üçün Kayseridəki hərbi bazaya aparılacaq. 

Ağarza Elçinoğlu 

Seçilən
36
1
unikal.az

2Mənbələr