AZ

Qəzetlərin həftədə yalnız 1 nömrəsi maliyyələşəcək

Medianın İnkişafı Agentliyi (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Olaylar.az xəbər verir ki, budəfəki müsabiqə şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, qəzetlərə ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb.

O qeyd edib ki, qəzet redaksiyaları getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər:

"Aydın məsələdir ki, bu, media menecmentin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
21
olaylar.az

10Mənbələr