AZ

Məcnun Məmmədov: "Gələn il məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb"

Növbəti il Azərbaycanda məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb.

FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə Azərbaycanda məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb: "Toxumçuluq və tinkçilik təsərrüfatlarına istehsal edərək satdıqları 1-ci və 2-ci reproduksiya toxumları və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi, ölkədə toxum və tink istehsalının stimullaşdırılması və fermələrin toxun və tink ilə təminatını yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş mühüm dəstək tədbirlərindən biridir. Bu dəstək forması hazırda davam etdirilir. Bu məqsədlə cari ilin səviyyəsində 8-14 milyon manat vəsait proqnozlaşdırılır". (Report)

Seçilən
26
fed.az

1Mənbələr