AZ

“Real” Vinisiusla razılaşmadı – 150 milyona satılacaq

Madrid “Real”ının ulduzu Vinisius Junior klubdan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun yeni müqavilə ilə bağlı danışıqları nəticəsiz qalıb. Klub rəhbərliyi 25 yaşlı vingeri 150 milyon avroya satmağa hazırdır.

Vinisius üçün əsas variant Səudiyyə Ərəbistanı çempionatı sayılır. Avropa klubları, o cümlədən “Mançester Siti” bu məbləğ qarşılığında addım atmaq istəmir.

Futbolçunun “Real”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Seçilən
17
idmanxeber.az

1Mənbələr