AZ

Bağlanmış 13 bankın əmlakları hərraca çıxarılır

Sabah "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin, noyabrın 19-da "Yunayted Kredit Bank", "Atabank", "Atra Bank", "Texnika Bank" ASC-lərin, "Bank Standard" QSC-nin, noyabrın 24-də "Muğan Bank" ASC-nin, noyabrın 26-da isə "Zamin Bank", "AGBank", "Dəmir Bank", "Gəncə Bank", "Texnika Bank", "Kredo Bank", "NBC Bank", "Yunayted Kredit Bank" ASC-lərin, "Bank Standard" QSC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət "AGBank"a məxsus Salyan şəhəri, Nizami küçəsi, ev 9 ünvanında dəyəri 27 min manat olan 236,6 kv.metrlik fərdi yaşayış evindən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanında dəyəri 240 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Yunayted Kredit Bank"ə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, 5A ünvanında dəyəri 800 min manat olan 154,40 kv.metrlik qeyri-yaşayış sahəsindən, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 12-ci kilometrliyi ünvanında dəyəri 2,5 milyon manat olan 1 122,31 kv.metrlik əmlak kompleksindən, "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektində dəyəri 430 min manat olan 314,7 kv.metrlik qeyri-yaşayış binasından, Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanında dəyəri 490 min manat olan 279,30 kv.metrlik qeyri-yaşayış binasından, "Atra Bank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış binasından, "Texnika Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında dəyəri 750 min manat olan 247,9 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1 212-ci məhəllə, ev 15 ünvanında dəyəri 3 milyon manat olan 426,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61 ünvanında dəyəri 1,1 milyon manat olan 372,3 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsində dəyəri 1,8 milyon manat olan ümumilikdə 700,6 kv.metrlik yaşayış və qeyri-yaşayış sahəsindən, "Bank Standard"a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanında dəyəri 400 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində dəyəri 3 milyon manat olan 227,3 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nəsimi rayonu, 964-cü məhəllə, Akademik Feyzulla Qasımzadə küçəsi, 9 ünvanında dəyəri 1,6 milyon manat olan 425,1 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 30/ Ş.Bədəlbəyli 94 ünvanında dəyəri 4,5 milyon manat olan 756,9 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Muğan Bank"a məxsus hər birinin ilkin qiyməti 68 min manat olan 2 ədəd "Mercedes-Benz S450" markalı avtomobildən, "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında dəyəri 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında dəyəri 190 min manat olan 80,3 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 1 171-ci məhəllə, ev 25A ünvanında dəyəri 1,2 milyon manat olan 364,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 10 ünvanında dəyəri 1,2 milyon manat olan 656 kv.metrlik qeyri-yaşayış sahəsindən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 280 ünvanında dəyəri 1,3 milyon manat olan 696,6 kv.metrlik qeyri-yaşayış sahəsindən, Quba şəhəri, Heydər Əliyev prospekti, 205/1 ünvanında dəyəri 3,960 milyon manat olan 3 175,1 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1 130-cu məhəllə, ev 10а ünvanında dəyəri 6,6 milyon manat olan qeyri-yaşayış sahəsindən və 12 mənzildən, "Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış binasından, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanında yerləşən 5,5 milyon manat olan 2 247,8 kv.metrlik əmlak kompleksindən, "Gəncə Bank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanında dəyəri 2 milyon manat olan 815,8 kv.metrlik qeyri-yaşayış binasından, "Kredo Bank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 1 ünvanında dəyəri 3,5 milyon manat olan 898,2 kv.metrlik fərdi yaşayış evindən, "NBC Bank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27/121 ilə Ə.Əlizadə 31 küçəsinin kəsişməsində dəyəri 3,5 milyon manat olan 1 466,3 kv.metrlik qeyri-yaşayış binasından gedir.

Seçilən
19
5
bakivaxti.az

7Mənbələr