AZ

Cahangir Əsgərovun bankının sədri işdən çıxdı - FOTO

"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov işdən çıxıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, onun yerinə hələ ki, təyinat olmayıb. Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Seçilən
9
11
bakivaxti.az

10Mənbələr