AZ

Orxan Mürsəlov kollektivə təqdim edildi - FOTO

Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovu noyabrın 13-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.

"Unikal" xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xatırladaq ki, O.Mürsəlov Prezidentin Sərəncamı ilə noyabrın 12-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Seçilən
34
3
unikal.az

10Mənbələr