AZ

Sürücülərin diqqətinə; bu üsulla avtomobil almaq istəyənləri asanlıqla aldatmaq olur VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avtomobil bazarında vətəndaşların maliyyə itkisinə və aldadılmasına səbəb olan yeni saxtakarlıq üsulu aşkarlanıb. 

Avtosfer.az xəbər verir ki, ağır qəzaya uğrayan avtomobillər təmir edildikdən sonra xüsusi üsulla zədəsiz vəziyyətdə görünüş verilərək satışa çıxarılır.

Məlumata görə, bu üsulda bəzi avtomobil kuzov ustaları qəzalı avtomobillərin hissələrini bərpa etdikdən sonra onları orijinal görünüşə salmaq üçün karandaşın arxa hissəsindən istifadə edirlər. Bununla avtomobilin boya səthindəki fərqlər və bərpa izləri gizlədilir. Nəticədə, nəqliyyat vasitəsi “boyanmamış” və ya “heç bir qəza keçirməmiş” kimi təqdim olunur.

Mütəxəssislər bildirirlər ki, bu halın həm avtomobil alıcıları, həm də satıcılar arasında ciddi narazılıq doğurduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, bu cür “maskalanmış” avtomobillər təhlükəsizlik baxımından böyük risk daşıyır, çünki kuzovun əvvəlki struktur dayanıqlığı tam bərpa edilmir.

Avtoekspertlər vətəndaşlara ikinci əl avtomobil alarkən mütləq şəkildə rəsmi texniki baxış aktı tələb etməyi, həmçinin peşəkar ekspertiza mərkəzlərində nəqliyyat vasitəsinin keçmişini yoxlatmağı tövsiyə edirlər.

Qeyd olunur ki, bu cür saxtakarlıq əməliyyatları nəinki alıcıları aldatmaqla maddi zərərə salır, həm də avtomobilin istismar zamanı qəza təhlükəsini artırır. Xüsusilə kreditlə və ya uzun müddət yığım nəticəsində avtomobil alan vətəndaşların bu hallardan zərər görməsi narahatlıq doğurur.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
avtosfer.az

1Mənbələr