AZ

Dəyərlərin təqdimatı I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

12–13 noyabr 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) və Xəzər Universitetində I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu (IFAD 2025) keçirilib. Simpozium maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma sahələrində mövcud problemlərin, yeni tendensiyaların və qlobal çağırışların müzakirə olunduğu elmi-praktik platforma kimi nəzərdə tutulub.

Tədbirin media tərəfdaşı Bizimyol.info xəbər verir ki, I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu (IFAD 2025) məqsədi qlobal iqtisadi çağırışların və onların həlli yollarının paylaşılması, akademik və peşəkar bilik mübadiləsinin təşviqi, eləcə də Türk dünyası ölkələri arasında əməkdaşlığın, inteqrasiyanın və iqtisadi həmrəyliyin gücləndirilməsidir.

13 noyabr Xəzər Universitetində baş tutan tədbirin açılışında Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin dekanı Prof. Dr. İnqilab Əhmədov, Milli Məclisin deputatı Dr. Ceyhun Məmmədov, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayev çıxış ediblər.

Türkiyə Cümhuriyyəti KGK-nın sədr müavini Murat Yünlünün moderatorluğunu icra etdiyi “Mühasibat uçotu va audit üzrə beynalxalq standartların tətbiqi ilə bağlı Türk dünyasında baş verən yeniliklər va çağırışlar” panelində ilk olaraq Bakı Mühəndislik Universitetində Maliyyə və mühasibat kafedrasının Baş müəllimi Adulkərim Sadıqov çıxış edib və vurğulayıb ki, “hesabat rəqəmlərin yox, dəyərlərin təqdimatıdır”.

Azərbaycan Respublikası Auditorlar Palatasının elmi-metodiki məsələlər üzrə sədrin müşaviri Nəcəf Talıbov çıxışı zamanı dayanıqlı inkişafı həyata keçirmək üçün hansı addımların atılmasının vacibliyindən bəhs edib. Sədr müşaviri yaşıl iqtisadiyyat kontekstində mühasib və auditorların üzərinə düşən öhdəliklərdən geniş şəkildə danışıb.

“Yeni şəraitdə mühasiblərin və auditorların bilik və bacarıqlarının artırmaq zərurəti bir sıra müasir sahələrə yiyələnmələrini tələb edir”,-deyə Nəcəf Talıbov qeyd edib.

“Mühasibat uçotu va audit üzrə beynalxalq standartların tətbiqi ilə bağlı Türk dünyasında baş verən yeniliklər va çağırışlar” panelində  Türkiyə Cümhuriyyəti KGK-nın sədr müavini Murat Yünlü və Türkiyə Cümhuriyyəti KGK-nın mühasibat uçotu standartları üzrə şöbə müdiri Mehmet Şirin də peşəkar mühasiblərin, auditorların yetirişdirilməsi mövzusu üzrə öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Panelin yekununda Urgenç RANÇ Texnologiya Universitetində İqtisadiyyat kafedrasının professor əvəzi Dos. Dr. Nurullah Feyzullayev Özbəkistanda beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi problemləri mövzusunda çıxış edib.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
bizimyol.info

1Mənbələr