Kürdəmirə təyin olunan yeni icra başçısı Elşən Həsənli kollektivə təqdim olunub.
"Report"un məlumatına görə, icra başçısının təqdimatını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
E.Həsənli ona göstərilən etimada görə minnətdarlıq edib.
Xatırladaq ki, noyabrın 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Elşən Həsənli Kürdəmir Rayon İcra Başçısı təyin edilib.