AZ

"Tramp Putinlə görüşməyə hazırdır, amma yeganə şərtlə" - ABŞ Dövlət katibi

 
"Ağ Ev və Kreml mümkün danışıqlar üçün ilkin diplomatik siqnalları yoxlayır..."
 
ABŞ xarici siyasətinin prioriteti Ukraynada müharibənin dayandırılmasıdır
 
"Bloomberg" nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yalnız bir şərtlə görüşə bilər - əgər bu sammit Ukraynadakı müharibəni dayandırmaq üçün real nəticə verəcəksə.
 
Moderator.az xəbər verir ki, bu barədə Kanadada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.
Rubionun sözlərinə görə, Vaşinqton "sadəcə danışıqlar xatirinə danışıqlar" istəmir. "Növbəti görüş konkret nəticə verməlidir. Biz bilmək istəyirik ki, real irəliləyiş üçün şans var, yoxsa yox", - o, vurğulayıb. Xatırladaq ki, Tramp oktyabrda Putinlə Budapeştdə sammit keçirmək niyyətində olduğunu bildirmişdi, lakin görüş baş tutmayıb. Kremlin gözləntiləri azaldığı bir vaxtda Rusiya Ukraynaya hücumlarını davam etdirir.
 
Eyni zamanda, Tramp administrasiyası Moskva üzərində iqtisadi təzyiqi gücləndirib - "Lukoyl" və "Rosneft" kimi nəhəng neft şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq olunub. Bu qərar Rusiyanın neft ixracını kəskin şəkildə azaldıb, Çin və Hindistan kimi əsas alıcıların sifarişlərini ləğv etməsinə səbəb olub.
 
"Yeni sanksiya sahəsi demək olar ki, qalmayıb"
 
Rubio etiraf edib ki, ABŞ artıq Rusiyaya qarşı sanksiyalarda "praktiki həddə" çatıb. "Demək olar ki, sanksiya tətbiq ediləcək heç nə qalmayıb. Biz onların ən böyük neft şirkətlərinə zərbə vurduq - hamının istədiyi də bu idi", - o, bildirib.
 
Bununla belə, Vaşinqton indi diqqəti mövcud məhdudiyyətlərin icrasına yönəldəcək. Dövlət katibinin sözlərinə görə, ABŞ "kölgə donanması" adlandırılan, Rusiya tərəfindən neft embarqosunu sındırmaq üçün istifadə olunan gəmi şəbəkəsinə qarşı nəzarəti gücləndirəcək. Bu istiqamət sanksiya koalisiyasının əsas işi olacaq və Avropa ölkələri daha aktiv rol oynamalıdır, çünki "gəmilərin əhəmiyyətli hissəsi onların sularına yaxın keçir".
 
Moskvanın məqsədi və ABŞ-ın reaksiyası
 
Rubio Kremlin davranışını "yalnız əməl üzərindən" qiymətləndirməyin vacibliyini vurğulayıb: "Rusiya açıq şəkildə nə istədiyini bildirib, bu da Donetskin qalan hissəsini ələ keçirməkdir. Bu tələblər Ukrayna üçün qəbuledilməzdir".
 
O, həmçinin Rusiyanın yeni raket zərbələrini Ukraynanın enerji sistemini dağıtmaq və əhalini ruhdan salmaq cəhdi kimi dəyərləndirib. ABŞ Ukraynaya enerji sisteminin bərpası və müdafiəsi üçün həm texniki avadanlıq, həm də hava hücumundan müdafiə vasitələri göndərir. "Əgər bu avadanlıq quraşdırıldıqdan bir həftə sonra məhv edilirsə, problem qalır - bu vəziyyət artıq bir neçə ildir davam edir", -  Rubio əlavə edib.
 
Diplomatiya və təzyiq paralel gedir
 
Tramp administrasiyası Moskva ilə birbaşa dialoqa yalnız konkret sülh nəticəsi vəd edən halda qapını açıq saxlayır. Vaşinqton üçün prioritet indi Ukraynadakı müharibənin dayandırılması və mövcud sanksiyaların səmərəli işləməsidir. Kreml üçün isə bu, diplomatik təcriddən çıxmaq üçün az qalan imkanlardan biridir.
Seçilən
26
moderator.az

1Mənbələr