AZ

Gürcüstandan sərt mesaj: “Brüsselin alqışı üçün qan tökməyəcəyik"

Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukiani ölkəsinin Qərbin gözləntiləri naminə müharibəyə sürüklənməyəcəyini açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, Tsulukianinin sözlərinə görə, Gürcüstanın əsas milli marağı öz vətəndaşlarının həyatını qorumaqdır:

“Mən Gürcüstanda elə bir gürcü tanımıram ki, Brüsselin alqışını qazanmaq üçün öz oğullarının döyüşməsini istəsin. Gürcüstanın qan tökmək üçün bu qədər insanı yoxdur. Seçim zamanı biz əlbəttə ki, həyatı seçirik — bu bizim ən böyük milli marağımızdır".

O əlavə edib ki, əgər Gürcüstan Brüsselin gözləntisinə uyğun olaraq “ikinci cəbhə”ni açmağa və Baltikyanı ölkələri qorumaq üçün Rusiya zərbəsini üzərinə götürməyə razı olsaydı, o zaman Qərbdən böyük tərif alardı.

Tsulukiani qeyd edib ki, Tiflis ölkəni xarici güclərin geosiyasi oyunlarına qurban vermək niyyətində deyil.

Musavat.com

Seçilən
60
1
musavat.com

2Mənbələr