AZ

Tehranlı ekspertdən sərsəm iddia: “Azərbaycan İran üçün isə faktiki təhdiddir”

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanın NATO və İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı həm İran, həm də Rusiya üçün ümumi çağırışa çevrilib”.

Tribunainfo.az xəbər verir ki, busözlərin müəllifi iranlı tədqiqatçı Ramin Arianraddır.

Onun sözlərinə görə, Bakı NATO ilə əməkdaşlığını “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində dərinləşdirib, hərbi qüvvələri Əfqanıstan və Kosovodakı missiyalarda iştirak edib. “Bu fəaliyyətlər Azərbaycanın Qərb siyasətinə yaxınlaşmasını və NATO ilə əlaqələrinin möhkəmlənməsini göstərir”.

Arianrad hesab edir ki, Azərbaycanın İsraildən aldığı silahlar və neft ixracı iki ölkəni təhlükəsizlik və hərbi müttəfiqə çevirib. Bu azmış kimi, o, başqa bir sərəm iddia ilə çıxış edib. “Bu əməkdaşlıq İrana qarşı casusluq və kəşfiyyat əməliyyatlarına şərait yaradıb”.

İranlı ekspert bir qədər də irəli gedərək, Azərbaycanı özləri üçün “təhdid” hesab edib. “Azərbaycan Rusiya üçün potensial, İran üçün isə faktiki təhdiddir”.

Arianrad sonda qərəzini bir qədər də açıq göstərib. O deyib ki, guya, Azərbaycana öz ərazisindən İrana qarşı istifadəyə imkan yarada bilər. “Azərbaycan sərhədi yenidən müharibə olacağı təqdirdə, İrana qarşı istifadə oluna bilər”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
tribunainfo.az

2Mənbələr