AZ

U-15 millimiz UEFA İnkişaf Turnirinə qatılacaq - ARENA.AZ

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində çıxış edəcək.

Komandamız turnir çərçivəsində 3 oyun keçirəcək. Azərbaycan millisi Monteneqro, Bolqarıstan və Moldova yığmaları ilə qarşılaşacaq.

Artıq millimizin Bakı toplanışı üçün ilkin heyəti açıqlanıb. Moldovaya aparılacaq yekun heyət noyabrın 17-də müəyyənləşəcək.

U-15-in ilkin heyətini və UEFA İnkişaf Turnirindəki oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

  1. Oqtay Mehrəliyev – Qarabağ
  2. Yavər Əsgərli – Sabah
  3. Daniel Bayramari – Qəbələ
  4. Raul Əliyev – Qarabağ
  5. Ruhid Məmmədli – Qarabağ
  6. Məhəmmməd Ağamaliyev – Qarabağ
  7. Harun Əliyev – Neftçi
  8. Emil Quliyev – Neftçi
  9. Kənan Əzimov – Neftçi
  10. Yusif Kərimli – Ulduz
  11. Nihat Bəylərli – Ulduz
  12. Murad Zeynallı – Ulduz
  13. Xəzər Hüseynzadə – Sabah
  14. Həsən Məhmədov – Sabah
  15. Ramil Əmirquliyev – Qarabağ
  16. Səbran Muradlı – Qarabağ
  17. Murad Məmmədov – Sumqayıt
  18. Sübhan Əlizadə – Neftçi
  19. Həsən Mürşüdzadə – Qarabağ
  20. Qafar Babayev – Neftçi
  21. Abbas Məmmədli – Qarabağ
  22. Həsən Ramazanov – Sabah
  23. İbrahim Rza – Qarabağ
  24. Rəsul Qurbanlı – Ulduz
  25. Amin Tağıyev – Turan Tovuz

18 noyabr
12:00. Monteneqro – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

20 noyabr
12:00. Azərbaycan – Bolqarıstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

23 noyabr
15:00. Moldova – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
29
19
arena.az

10Mənbələr