AZ

AFFA yenidən klubları böyük məbləğdə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 11-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” matçında “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 700 manat cərimələnib.

Eyni görüşün 61-ci dəqiqəsində “Turan Tovuz”un 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klubu 500 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununda ev sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu matçda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 6000 manat cərimələnib.

Eyni oyununun 84-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 3500 manat cərimələnib.

Həmin görüşün 84-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 7000 manat cərimə edilib.

Sözügedən qarşılaşmada “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” 3000 manat cərimələnib.

Bu oyun bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, “Neftçi” 10000 manat cərimələnib.

 


Telegram kanalımız
Seçilən
22
2
yenisabah.az

3Mənbələr