AZ

Hakimi təhqir edən Samir Abasov 4 oyunluq cəzalandırılıb

Bakı, 13 noyabr, AZƏRTAC

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb mütəxəssisin Misli Premyer Liqasının XI turunda “Qarabağ”la keçirilən matçdan sonra hakimi təhqir etməsi olub.

Baş məşqçi 4 oyunda komandasının yanında ola bilməyəcək. Klub isə 10000 manat cərimə edilib.

Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Seçilən
35
1
azertag.az

2Mənbələr