"Kiyev başa düşməlidir ki, gec-tez Moskva ilə danışıqları bərpa etməli olacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı deyib.
O qeyd edib ki, Rusiya tərəfi Ukrayna Xarici İşlər Nazirliyinin danışıqlara xitam verilməsi barədə açıqlamasını nəzərə alıb. Kreml sözçüsünə görə, bu bəyanatlar “de-fakto vəziyyəti rəsmiləşdirir”.
"Ukrayna tərəfi təmasları davam etdirmək istəmir, bu kədərlidir", - Peskov bildirib. O vurğulayıb ki, Ukrayna ilə dialoqun davam etdirilməsinin mümkünsüzlüyünə baxmayaraq, Rusiya xüsusi hərbi əməliyyat keçirməyə və məqsədlərinə çatmağa davam edəcək.
Gülayə Mecid