AZ

Lukoyl şirkəti ABŞ Maliyyə Nazirliyinə müraciət edib

Rusiyanın Lukoyl şirkəti ABŞ Maliyyə Nazirliyinə onunla müəyyən əməliyyatlara 21 noyabra qədər icazə verən lisenziyaların müddətinin uzadılması ilə bağlı müraciət edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ oktyabr ayında Rosneft və Lukoyl-a qarşı sanksiya tətbiq edərkən şirkətlər və onların nəzarətində olan qurumlarla əməliyyatların dayandırılması üçün tələb olunan əməliyyatlara, o cümlədən borc öhdəliklərinin və ya aktivlərin satışı və ya köçürülməsi ilə bağlı əməliyyatlara, eləcə də Rusiyadan kənarda Lukoyl obyektlərində mal və xidmətlərin alınmasına yönəlmiş əməliyyatlara 21 noyabr tarixinə qədər icazə verib.

Agentliyin məlumatına görə, Lukoyl müraciətini Maliyyə Nazirliyinə təqdim edib, çünki mövcud öhdəliklərini yerinə yetirmək və aktivlərini satmaq təkliflərini nəzərdən keçirmək üçün daha çox vaxta ehtiyacı var.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya tərəfindən sanksiyaların tətbiqindən sonra Lukoyl beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqladı. Daha sonra Vladimir Putinin yaxın adamı Gennadi Timçenkonun nəzarətində olan Gunvor Group-la anlaşmaq istədi. Lakin  ABŞ Maliyyə Nazirliyi kraynadakı münaqişə həll olunana qədər Gunvor-a biznes aparmaq və mənfəət əldə etmək üçün lisenziya vermək niyyətində olmadığını bildirdi. Gunvor daha sonra Lukoyl-un xarici aktivlərini almaq təklifini geri götürdüyünü açıqladı.

Musavat.com

Seçilən
74
50
musavat.com

10Mənbələr