AZ

Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Bakı.Trend:

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara dahabir rəqəmsal xidmət təqdim olunub. “İş yerinə dair arayışınalınması” xidməti artıq “mygov” platformasında da istifadəyəverilib.

Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığınəticəsində reallaşdırılıb.

Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa“mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektronformatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza,kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim ediləbilər.

Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:

Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində“Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışınalınması” xidmətini seçir.

Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsiniyoxlayır və mövcud müqavilələrdən biri seçilir.

İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir:əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza,kredit, ipoteka və s.) və əlaqə nömrəsi.

Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçihəmin qurumun VÖEN-i və ya adını daxil edə bilər.

Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, onaunikal sənəd nömrəsi və QR kod əlavə edir.

Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə vəistənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar vəya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsinidaxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı”bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər.

Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərininrəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını dahasürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Məqalədə:
Seçilən
50
30
az.trend.az

10Mənbələr