AZ

Adel ilk dəfə bunu edəcək

ain.az, Axsham.az saytına istinadən bildirir.

Dünya şöhrətli britaniyalı müğənni Adel ilk dəfə filmə çəkiləcək.

Axşam.az xəbər verir ki, ifaçı rejissor Tom Fordun ekran işində baş rolla debüt edəcək. Layihə yazar Enn Raysın "Cry to heaven" romanının əsasında ekranlaşdırılacaq.

Həmçinin, bu, Tom Fordun təxminən on ildən sonra ilk filmidir.

Filmdə həmçinin Aaron Teylor-Conson və Nikolas Holtun rol alacağı dəqiqləşib. Çəkilişlərə 2026-cı ilin yanvarında Romada start veriləcək.

Qeyd edək ki, Raysın 1982-ci ildə nəşr olunan romanı 18-ci əsr İtaliyasındakı kastrato müğənnilərinin hekayəsini və o dövrün aristokratlarının həyatından bəhs edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
axsam.az

1Mənbələr