AZ

Nazir fəaliyyətini dayandıran məcburi köçkün məktəblərdə müəllimlərin iş məsələsinə aydınlıq gətirib

Milli Məclisdə məcburi köçkün rayonlarının məktəblərinin fəaliyyətinin dayandırılması və həmin məktəblərdə çalışan müəllimlərin iş məsələsi qaldırılıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib ki, məcburi köçkün rayonlarının məktəblərinin fəaliyyətinin dayandırılması və ya onların yerli rayonlara verilməsi məsələsinin məskunlaşmaya uyğun olaraq aparılması vacibdir.

Deputat məskunlaşdırma tam başa çatmayana kimi prosesə başlanılmamasını məqsədəuyğun sayıb.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, bu, çox mürəkkəb prosesdir: “Bunu tam səmimi deyirəm. Çünki bunun görünən tərəfi çox asandır. Yəni, Böyük Qayıdış prosesində hər bir kənddə açılan məktəb bizim üçün böyük bayramdır. Amma texniki tərəfdən problem nədir? Görünən odur ki, qısa müddətdə, ola bilər 5 ilə, 7 ilə Böyük Qayıdış prosesi tamamlana bilər. Bu, daimi proses deyil. Problem isə ondadır ki, məsələn, Bakıda Ağdam bir nömrəli məktəbi varsa, təbii ki, o məktəb bağlanmalıdır. Bizim yanaşmamız budur ki, bunu tədricən etsək, yəni hər il bir az azaltsaq, daha asan olar. Anlayırıq ki, bu qərarlar insanların həyatına təsir edir. Amma səmimi olaraq deyirəm, imkanlar çərçivəsində nə qədər mümkündürsə, onu edirik. Təbii ki, məktəblər bağlanmır, sadəcə, başqa yerdə açılır. Ola bilər ki, kimsə geri dönmək istəmir və ya məcburi köçkün müəllim həmin məktəbdə işləmək istəyir. Belə hallarda müəyyən problemlər yaranır, amma ümumi nəticə etibarilə iş yerləri azalmaq əvəzinə artır”.

Seçilən
27
5
apa.az

6Mənbələr