AZ

Azərbaycan və Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia iləgörüş keçirib.

Trend bu barədəƏdliyyə Nazirliyinə istinadən xəbər verir.

Nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edibvə vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslananəlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalqtəşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidentiMixail Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzeninvəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycanaetmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini vəqarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.

Görüşdə icra, xüsusi icra və probasiya sahələrinintəkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, buistiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması,həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmışƏməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfəmüzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərinkeçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikirmübadiləsi aparıblar.

Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçünprioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icraproseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativaddımlar - “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi,eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən“E-qanun.ai” süni intellekt dəstəkli hüquqi axtarış platformasıuğurla fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə vəfikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasındahüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfəverəcək.

Seçilən
29
14
az.trend.az

10Mənbələr