AZ

AFFA “Ağdaş”ın baş məşqçisini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqasının 8-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 8-ci tur

“Ağdaş” – “Xankəndi” oyununun fasiləsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. “Ağdaş” buna görə 1000 manat cərimə edilib.

“Kür-Araz” – “Şəki” oyununda “Kür-Araz”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Göygöl” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilib. Bu oyunda topdaşıyan və xərəkdaşıyanlar da olmadığına görə “Göygöl” 200 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
21
arena.az

10Mənbələr