AZ

Moldovanın ən böyük pravoslav kilsəsi “rus kilsəsi” ittihamını rədd edib

Kilsələr arasında parçalanma Ukrayna müharibəsindən sonra daha da dərinləşib…

Poliqon xəbər verir ki, Moldovanın ən iri pravoslav dini qurumu,  Rus Pravoslav Kilsəsinə (RPK) tabe olan Moldova Pravoslav Kilsəsi “rus kilsəsi” kimi təsnif olunmasını qəbul etmir. Reuters yazır ki, ölkə əhalisinin 90 faizdən çoxu pravoslav olsa da, onlar iki ayrı dini struktura bölünüb: biri RPK-ya bağlı Moldova Pravoslav Kilsəsi, digəri isə Rumıniya Pravoslav Kilsəsinə tabe olan Bessarabiya Mitropoliyasıdır. Hər iki kilsə tam müstəqilliyə malik deyil.

Moldovadakı kilsə bölünməsi RPK-nın Ukrayna müharibəsinə verdiyi dəstəkdən sonra daha da kəskinləşib. Moldova Pravoslav Kilsəsi Sinod iclasından sonra yaydığı bəyanatda Rusiyaya bağlılığını kiçiltməyə çalışıb və özünü bütün ölkə vətəndaşlarına açıq dini qurum kimi təqdim edib.

“Moldova Pravoslav Kilsəsi ‘rus kilsəsi’ deyil. O, Moldovada yaşayan müxtəlif millətlərin nümayəndələrindən ibarət bütün xalqın kilsəsidir… Kilsə öz fəaliyyətində sərbəstdir və müstəqildir”, deyə bəyanatda bildirilir:

Rumıniya Pravoslav Kilsəsinə bağlı Bessarabiya Mitropoliyası isə daha iri kilsəni “ikiüzlülük və mənəvi yalan”da ittiham edib. Onun bəyanatında vurğulanıb ki, Moldova Pravoslav Kilsəsi özünü bütün tarixi Moldova ərazisində pravoslav icmasının yeganə nümayəndəsi kimi göstərməklə cəmiyyəti yanlış yönləndirir.

Poliqon.info

Seçilən
54
50
poliqon.info

10Mənbələr