AZ

18 il ağzını aça bilməyib, sonra məlum olub ki...

Böyük Britaniyada bir qadın oynaq problemi səbəbindən ağzını aça, həkimlər isə uzun illər bunun səbəbini aydınlaşdıra bilməyib.

Publika.az xəbər verir ki, belə bir əhvalat "Daily Mail" tərəfindən nəşr edilib.

47 yaşlı Naomi Smit səhhətinin 18 il əvvəl pisləşməyə başladığını deyib. Əvvəlcə çənə ağrısı, sonra miqren, başgicəllənmə və ürək bulanması müşahidə olunub. O, gündə 30 dəfə qusurdu, baş ağrılarından qışqırır, dəstəksiz dayana bilmirdi.

Qadın iddia edir ki, o, dəfələrlə xəstəxanaya müraciət edib, lakin həkimlər ona diaqnoz qoya bilməyiblər. Əvvəlcə onda fibromiya, sonra artrit və mədə-bağırsaq problemləri olduğundan şübhələniblər.

Smitin sözlərinə görə, bir müddət sonra ağzını aça bilməyib: "Çox arıqladım və bağırsaq keçməzliyi yarandı. Bir gün tibb bacısının sənədlərində ölümcül xərçəng xəstəsinə oxşadığımı yazdığını gördüm".

Seçilən
58
publika.az

1Mənbələr