Baku TV Türkiyəyə məxsus "C-130" hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdən reportaj hazırlayıb.
Reportajda axtarış-xilasetmə işləri barədə məlumat verilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.