AZ

Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq MaliyyəKorporasiyasının (BMK) arasında tərəfdaşlığın genişləndirilməsiimkanları müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov BeynəlxalqMaliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqazölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndəheyətini qəbul edib.

Görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər,dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilənlayihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadidayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planlarıətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcudvəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığıngenişləndirilməsi imkanları müzakirə olunub.

Seçilən
22
az.trend.az

1Mənbələr