AZ

40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq - Rəsmi

Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Gundem.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:

"Ancaq Moldova tərəfi onların universitetə qəbul sənədlərinin qaydasında olmadığı üçün ölkəyə girişinə icazə verməyib. Onlar ölkəmizə geri qaytarılacaq".

Seçilən
22
17
gundem.az

10Mənbələr