AZ

“Neftçi”dən ayrılan tanınmış funksioner Premyer Liqada özünə yeni iş tapdı

Təqribən 3 ay öncə «Neftçi»dən ayrılan Qədir Həsənovun işsiz günləri başa çatıb.

O, bundan sonra «İmişli» üçün çalışacaq.

«Ağ-qaralar»ın əsas komandasının sabiq meneceri vəzifəsindən gedən funksioner «İmişli»nin İdarə Heyətinin sədri Kamran Eyyubovun təklifini qəbul edib.

Cütlük komandanın son oyununu bir yerdə izləyib. Həsənov Eyyubovun dəvəti ilə Şamaxıya - Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən matça yollanıb.

.«Neftçi»nin sabiq rəsmisi yeni iş yerində ikinci şəxs olacaq. Əsasən komandanın itdarə edilməsinə və seleksiya prosesinə cavabdehlik daşıyacaq.

Qədir Həsənovun «İmişli»yə üz tutmasında Rüstəm Allahverdiyev vasitəçilik edib. İnişilə kimi «Neftçi»nin media departamentinin rəisi işləmiş

R.Allahverdiyevin Premyer Liqanın debütantı ilə sıx əlaqəsi var. K.Eyyubov futbol sektorunda böyük təcrübəsi və geniş əlaqələri olan R.Allahverdiyevin məsləhətlərini dinləməkdən həmişə zövq alır.

Q.Həsənov 2010-cu ilin avqustundan paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin oktyabrından menecer postunu tuturdu.

«İmişli» idarəçilik baxımından Premyer Liqanın ən çox axsayan və tənqid olunan iştirakçılarından biridir. Klubda iki mühüm vəzifə bu sahədən bixəbər şəxslərə tapşırılıb.

İcraçı direktor Aqşin Mürsəlov və idman direktoru Tamerlan Bəkirzadə futbolda təsadüfi simalardır.

Mürsəlovun işinə səhlənkar yanaşması ucbatından komanda «Sumqayıt»la matçda texniki məğlubiyyət alıb. Bəkirzadə isə sadəcə, Eyyubovla qohumluq münasibətlərinə görə «İmişli»də görəv alıb.

SPORTİNFO.AZ

Seçilən
32
sportinfo.az

1Mənbələr