Türkiyə Hərbi Hava Qüvvələri S-130 hərbi nəqliyyat təyyarəsinin istismarını müvəqqəti olaraq dayandırıb. Bu, 11 noyabrda Gürcüstanda baş verən bu tip təyyarə qəzasının araşdırılması ilə bağlıdır. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, təyyarə qəzasının səbəbləri barədə danışmaq hələ tezdir, istintaqı başa çatdırmaq lazımdır. Qəzaya uğrayan təyyarənin qara qutuları mütəxəssislər tərəfindən araşdırma üçün ölkəyə gətirilib.
Ölkənin müdafiə nazirliyində qeyd edildiyi kimi, təyyarə hərbçiləri və təyyarənin texniki xidmət avadanlıqlarını daşıyırdı.
Qeyd edək ki, turbovintli Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarələri 1950-ci illərin ortalarından bəri istismarda və istehsaldadır. S-130 hərbi təyyarələr arasında istehsal müddəti üzrə rekordçudur.