Bakı. Trend:
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın tanınmış jurnalisti,“Euronews” telekanalının keçmiş müxbiri Emin İbrahimovun faciəlişəkildə həlak olması ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına vəhəmkarlarına başsağlığı verib.
Trend xəbərverir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
"Azərbaycan jurnalistikasının peşəkar nümayəndəsi kimi həmölkəmizdə, həm də beynəlxalq media mühitində yer tutmuş Eminİbrahimovun xüsusilə Vətən müharibəsi dövründə hazırladığıreportajlar obyektivliyi, vətənpərvərliyi və yüksək peşəkarlığı iləyadda qalıb", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, azərbaycanlı jurnalist, "Euronews" telekanalınınmüxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsindəhəlak olub.