AZ

HƏMAS silahlıları Türkiyəyə köçürülür Plan

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində qalan HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının üzvləri Türkiyəyə köçürülə bilər.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın mənbələr “Maan” xəbər agentliyinə məlumat verib.

Bildirilib ki, vasitəçilər "sarı xətt”dən (HƏMAS və Qəzzadakı İsrail qüvvələri arasındakı sərhəd) kənarda, əsasən anklavın cənubundakı Rəfah şəhəri ərazisində yerləşən yaraqlıların Türkiyə ərazisinə köçürülməsi və sonradan bölgədəki bir neçə ölkəyə səpələnməsi üçün plan hazırlayırlar.

“Danışıqlar ABŞ, Türkiyə və digər ölkələr arasında aparılır. İsrail danışıqlar prosesindən kənardadır, lakin plana prinsip olaraq etiraz etmir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qəzza zolağının İsrailin nəzarətində olan hissəsindəki tunellərdə 200-300 arası silahlının qaldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
axar.az

1Mənbələr