AZ

“Layihələrdə birlikdə işləyəcəyik, amma Avropa Birliyinə üzvlük planımız yoxdur” SİYASİ ŞƏRHÇİ

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, 2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla yeni ölkələr Aİ-yə qoşula bilərlər.

Maraqlıdır, Azərbaycan da bu siyahıya daxil ola bilərmi?

Gununsesi.info-ya danşan siyasi şərhçi Azər Həsrət qeyd edib ki, hazırda Azərbaycanın Avropa Birliyinə üzvlük niyyəti yoxdur

O qeyd edib ki, Prezident İlham Əliyev son andiçmə mərasimində ölkənin Türk dünyası ilə birliyini vurğulayıb.

“Hazırda ABŞ-da Orta Asiya türk dövlətlərinin rəhbərləri Prezident Trump ilə “5+1” formatında görüşlər keçirirlər — Orta Asiyanın beş dövləti və Avropa Birliyi. Azərbaycanda onlarla eyni səviyyədə qəbul olunur.

Türkiyə on illərdir Avropa Birliyinə üzv olmaq istəyir ancaq qəbul oluna bilmir. Elə şərtlər var ki, bizim mental dəyərlərimizə uyğun deyil. Məsələn, eşcinsəlliklə bağlı liberal tələblər və s. ölkəmiz üçün qəbulolunan deyil.

 İş birliyi edəcəyik, hansısa layihələrdə əlbəttə birlikdə olacağıq amma Avropa Birliyinə üzvlük niyyətimiz yoxdur” — deyə Azər Həsrət vurğulayıb.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
icma.az

1Mənbələr