AZ

Bu virus Lupus xəstəliyinə yol aça bilər

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Epşteyn-Barr virusu (EBV) lupus xəstəliyinin əsas səbəblərindən biri ola bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Stenford Universitetinin alimləri müəyyən ediblər.

Alimlər müəyyən ediblər ki, bu virus insanların 90 faizindən çoxunda mövcud olan, xalq arasında “öpücük xəstəliyi” kimi tanınan mononukleozu yaradır.

Araşdırmaya görə, virus bədəndə B hüceyrələrinə yerləşərək immun sistemi çaşdırır və onu sağlam toxumalara hücum etməyə vadar edir. Nəticədə iltihab və lupus əlamətləri yaranır.

Professor Uilyam Robinson bildirib ki, bu nəticə onun laboratoriyasında əldə edilən “ən vacib tapıntıdır” və bütün lupus hallarına aid ola bilər.

Lupus əsasən qadınlarda rast gəlinir və dərini, oynaqları, böyrəkləri, ürəyi zədələyə bilər.

Alimlər deyir ki, lupuslu insanlarda EBV-yə yoluxmuş hüceyrələrin sayı sağlam insanlara nisbətən 25 dəfə çoxdur. Virusun istehsal etdiyi EBNA2 adlı zülal iltihabı artıran genləri aktivləşdirir və bu, autoimmun reaksiyaya səbəb olur.

Mütəxəssislər hesab edir ki, bu mexanizm multipl skleroz və revmatoid artrit kimi digər xəstəliklərlə də bağlı ola bilər. Hazırda EBV-yə qarşı vaksin üzərində işlər aparılır, lakin bunu tətbiqi yalnız azyaşlılar üçün faydalı olacaq.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
bakivaxti.az

3Mənbələr