AZ

Avropa Komissiyası gələn il bu vergini ləğv edəcək

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Avropa Komissiyası 150 avrodan ucuz bağlamalar üçün gömrük azadolmasını planlaşdırılandan iki il əvvəl, yəni 2026-cı ilin əvvəlindən ləğv etməyi nəzərdə tutur.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ticarət və iqtisadi təhlükəsizlik üzrə komissar Maroş Şefçoviç bildirib.

Aİ-nin maliyyə nazirlərinə göndərilən məktubda bildirilir ki, siyasi iradə olarsa, islahat 2026-cı ilin ilk rübündə həyata keçirilə bilər.

Məlumata görə, qərarın məqsədi Çin platformalarından, xüsusilə Shein və Temudan gələn ucuz və təhlükəsizlik standartlarına cavab verməyən məhsulların axınının qarşısını almaqdır. 2024-cü ildə Aİ-yə 4 milyarddan çox belə bağlama daxil olub.

Qeyd edək ki, İsveçin maliyyə naziri Elisabet Svantesson təşəbbüsü “böyük qələbə” adlandırıb. 

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr