AZ

Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurub

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində içində sərnişinlər olan vəhərəkətdə olan tramvayı ildırım vurub.

Trend bu barədətürk KİV-ə istinadla xəbər verir.

Məlumata görə, insident Pəncərli rayonunda leysan yağış yağarkənbaş verib.

Sərnişinlər dərhal təxliyə olunublar. Xoşbəxtlikdən hadisənəticəsində xəsarət alan olmayıb.

Zədələnmiş tramvay xəttdən çıxarılana qədər həmin marşrutdatramvayların hərəkəti dayandırılıb.

Şəhər meri Fatma Şahin öz sosial şəbəkə hesabında bildirib ki,tramvayın ildırımdan müdafiə sistemi ilə təchiz olunması sayəsindənə sərnişinlərə nə dəfə nəqliyyat vasitəsinə ciddi ziyandəyməyib.

Məqalədə:
Seçilən
121
4
az.trend.az

5Mənbələr