AZ

Aybəniz Haşımovanın tələbələri ABŞ-də qalib oldu

Nyu-Yorkda dünyaca məşhur "9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsi”nin qaliblərinin qala konserti keçirilib.

News365.az xəbər verir ki, tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunması ilə yadda qalıb. Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox musiqiçi yer alıb. Azərbaycanı sözügedən müsabiqədə Milana Nəbiyeva və Tamara Rzayeva təmsil edib. 

Onlar Əməkdar artist Aybəniz Haşımovanın tələbələridir. Sənətçi sosial şəbəkədə paylaşdığı yazı ilə tələbələrini təbrik edib və hisslərini dilə gətirib:

"Amerikada keçirilən 9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsində iki tələbəm Milena Nəbiyeva və Tamara Rzayeva qalib olub. Bu münasibətlə məni də peşəkar səviyyədə tələbələr yetişdirdiyimə görə diplomla təltif etdilər. Tələbələrim artıq təkcə Azərbaycanda deyil, dünyanın hər yerində Vətənimizi şərəflə təmsil edirlər. Bu məni çox sevindirir və qürurlandırır. Nə yaxşı ki, mən azərbaycanlıyam!”. 

Seçilən
11
3
news365.az

4Mənbələr