AZ

Ulu Öndər Heydər Əliyevin müqəddəs arzusu

2020-ci il noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu. Prezident özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”

Bu azadlıq həm də ermənilərin illərlə davam edən işğal siyasətinə qarşı tarixi ədalətin bərpasını təcəssüm etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında bu qələbə Azərbaycanın güclü ordusunun və xalqın birliyinin nəticəsi olaraq tarixdə yerini aldı. Şuşanın azad edilməsindən sonra şəhərin bərpası, abidələrin yenidən qurulması və mədəniyyətin dirçəldilməsi istiqamətində mühüm işlər həyata keçirilməyə başlanıldı. Şəhərin tarixi simasının bərpa olunması” konseptinə uyğun reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir.

Şuşa Şəhər Gününü bayram edərkən bir daha vurğulayırıq ki, Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan hərəkətlərin, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu münaqişənin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə çatdırəlması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız tərəfindən ciddi və məqsədyönlü iş aparılır.

Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Seçilən
95
busaat.az

1Mənbələr