AZ

“Yenidən Rusiya müstəmləkəsi olmaqdansa, ot yeyərik” - Polşalı nazirdən sərt açıqlama...


Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski Rusiyanın növbəti hədəfinin Polşa olacağını bildirib.

Sikorski, Rusiya Ukraynanı məğlub edərsə, növbəti hədəfinin Polşa olacağını deyib: "Əgər Rusiya prezidenti Putin Ukraynanı fəth etməyə müvəffəq olarsa, növbəti hədəf biz olacağıq. Ancaq biz yenidən Rusiya müstəmləkəsi olmaqdansa, ot yeməyi üstün tutarıq".

Sikorski bildirib ki, Polşada "Rusiya ekspansionizmi" təhlükəsi ilə bağlı ictimai narahatlığına qarşı müdafiə xərclərinin artırılması digər sahələrdə vəsaitlərin azaldılmasına səbəb olub.

Polşanın tarixdə Çar Rusiyası, daha sonra Sovet dövründə Rusiyanın hakimiyyəti altında olduğu vaxtlara toxunan Sikorski deyib ki, bu, əvvəllər də baş verib. Sikorski iddia edib ki, Ukrayna müharibənin daha üç il davam etməsinə hazırdır, lakin Rusiyanın bu qədər davam gətirə biləcəyinə inanmır.

TAHİR

Seçilən
20
baki-xeber.com

1Mənbələr