AZ

Ermənistan Baş naziri: Qarabağın müstəqilliyi saxta idi

BAKI, 13 noyabr. TELEQRAF

“Tezliklə (keçmiş) Qarabağ münaqişəsi üzrə danışıqların sənədləri açıqlanacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Tezliklə danışıqların sənədləri ortaya çıxacaq və görəcəksiniz ki, Qarabağın müstəqilliyi saxta idi”, - o qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.

Seçilən
28
4
teleqraf.com

5Mənbələr