AZ

Mərkəzi Asiya Azərbaycan investisiya forumunun keçirilməsi təklif olunur

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistan 2026-cı ildə Səmərqənddə Mərkəzi Asiya-Azərbaycan investisiya forumunun keçirilməsini təklif edib.

Bakıvaxtı.az Özbəkistan mediasına istinadən xəbər verir ki, bu təşəbbüslə ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddə region ölkələrinin və Azərbaycanın ticarət və investisiya nazirlərinin I görüşündə çıxış edib.

Nazirin sözlərinə görə, tədbir regional biznes təşəbbüslərinin birləşdirilməsi və "Made in Central Asia" birgə brendinin təqdimatı üçün platforma ola bilər.

"Vahid regional nişan altında məhsul istehsalı Mərkəzi Asiya ölkələrinin ixrac potensialını və məhsullarının dünya bazarlarında tanınma səviyyəsini artırmağa imkan verəcək", - L.Kudratov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr