AZ

VI İslam Həmrəyliyi Oyunları: Qadınlardan ibarət voleybol millimiz gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Azreform.info  xəbər verir ki, millimiz finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib.

Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.

Seçilən
45
50
azreform.info

10Mənbələr