AZ

Bu ərazidə qaz olmayacaq

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 13 Noyabr 2025, 18:07   
Seçilən
23
29
pravda.az

10Mənbələr