ABŞ İranın “Əbabil” raketləri və “Şəhid” pilotsuz uçuş aparatlarının istehsalı üçün lazım olan ehtiyat hissələrinin tədarükündə iştirak edən Ukrayna şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər siyahısına “GK Imperativ Ukraina LLC” (Xarkov) və” Ekofera LLC” (Kiyev və Xarkov) şirkətləri daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran tərəfi bu vasitəçi şirkətlərdən istifadə edərək Ukraynadan aerokosmik materiallar, o cümlədən aviahorizonlar, maqnitometrlər, mühərriklər və generator komponentləri – alıb və onları İranın aviasiya müəssisəsi HESA-ya göndərib.
MənbəTREND